İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı yeni giriş qaydaları TƏTBİQ EDİR - Azərbaycan vətəndaşlarına da AİDDİR

2025-ci il oktyabrın 12-dən etibarən Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları üçün (o cümlədən azərbaycanlılar) pasportlara ənənəvi möhürlər vurulması əvəzinə biometrik skanerləmə tətbiq ediləcək.

Musavat.com xəbər verir ki, toplanan məlumatlar xüsusi məlumat bazasında saxlanılacaq və üç il müddətində qorunacaq.

Skanerdən imtina edən səyahətçilərin isə ölkəyə girişinə icazə verilməyəcək.

Bundan əlavə, 2026-cı ilin sonunda ETIAS sistemi işə düşəcək. Bu sistem Avropa İttifaqına üzv olmayan və vizasız rejimə malik ölkələrin (onlar arasında Ukrayna da var) vətəndaşlarından 20 avro ödəniş tələb edəcək və xüsusi icazə alınmasını zəruri edəcək.

ETIAS icazəsini əldə etmək üçün səyahətçilər öncədən onlayn müraciət etməli və pasportla əlaqəli elektron giriş icazəsi almalıdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR