İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ: Ukrayna dronları 2000 km məsafədən Rusiyanı VURDU - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilk dəfə Rusiyanın şimalında, Komi Respublikasının Uxta şəhəri üzərində müşahidə olunub.

Musavat.com xəbər verir ki, yerli sakinlər şəhər ətrafında partlayış səslərinin eşidildiyini bildirir.

Hadisə ilə əlaqədar, hökumət orqanları səsgücləndiricilər vasitəsilə sakinlərə pilotsuz uçuş aparatlarına qarşı ehtiyatlı olmaları və mümkün təhlükələr barədə xəbərdarlıq edib.

Bu, Ukrayna PUA-larının istifadəsində yeni bir mərhələ hesab olunur, çünki Komi Respublikası Ukrayna sərhədindən 2000 kilometrdən çox məsafədə yerləşir və belə uzaq məsafəyə hücum ilk dəfə qeydə alınır.

Ekspertlər bu hadisəni Ukraynanın hava hücum qabiliyyətlərinin genişlənməsi və hədəflərin uzaq məsafələrdən vurulması baxımından mühüm addım kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR