İnsanlara hürriyət, millətlərə istiqlal!

Mauro İkardi ilə sevgili olduğu deyilən məşhur müğənni: “İlk dəfə orada...”

Avqustun 8-də 44 yaşını qeyd edən müğənni Simge Sağın duyğusal paylaşımı ilə diqqət çəkib.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sənətçi öz paylaşımında qeyd edib:

“Bu il çox sınaqlardan keçdim, ağladım, itirdim. Təbii ki, bəzi xəyanətlərə məruz qaldım. Buna baxmayaraq, özümü çox sevirəm, həyatımı çox sevirəm. Yaxşı ki, varam”.

Sağının “bəzi xəyanətlərə məruz qaldım” ifadəsi sosial mediada müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun bu sözləri ilə şəxsi həyatındakı çətinliklərə işarə etdiyini bildirib, digərləri isə iş həyatında qarşılaşdığı maneələrə diqqət çəkib.

Simge Sağın son vaxtlar şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə sərt reaksiya göstərmişdi. Xüsusilə, “Qalatasaray”ın ulduzu Mauro İkardi ilə bağlı yayılan sevgi iddialarını təkzib etmişdi. O bildirmişdi:

“Sadəcə çempionat oyununa dəvət etmişdi, getdim. Onu həyatda ilk dəfə orada gördüm, sonra bir daha görmədim. İkardi mənim taleyimi bağlayır, evdə oturmuşam”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR