Onlayn ictimai-siyasi qəzet
Avqustun 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Musavat.com xəbər verir ki, toplantıda avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən tarixi görüşdə əldə olunan razılaşmalar müzakirə ediləcək.
Həmçinin sülh prosesinə doğru atıla biləcək növbəti addımlar da gündəmdə olacaq.
İclasda, eyni zamanda, Qəzza zolağı başda olmaqla, Yaxın Şərqdəki son vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq.
Nazirlər Kabinetinin gündəliyinə terrorizm və meşə yanğınları ilə mübarizə məsələləri də daxil edilib.
Musavat.com
13 Avqust 2025
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ