İnsanlara hürriyət, millətlərə istiqlal!

Lalə ana olmaq istəyir

Azərbaycan əsilli rusiyalı gimnast Lalə Kramarenko gələcəkdə ana olmaq istədiyini bildirib.

Kramarenkonun 20 yaşı var, o, yeniyetmələr arasında üçqat dünya çempionu, komanda yarışında Avropa çempionatının qalibidir.

- Yarışa çıxmazdan əvvəl hansısa vərdişləriniz varmı?

- Mən həmişə meydançaya çıxmazdan əvvəl öz-özümə deyirdim: "Allah kömək olsun. Və İrina Aleksandrovna Viner arxadan deyirdi: "Allah güclülərə kömək edir". Bu ritual özümü toparlamağa kömək edir.

- On ildən sonra özünüzü harada görürsünüz?

- Ana kimi. Mən həqiqətən ana olmaq istəyirəm. Dünyada ən vacib şey ailə və sevgidir. Övladlarımı gimnastikaya gətirərdim, amma israr etməyəcəyəm, - Kramarenkonun sözlərini "Match TV" sitat gətirib./publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR