Onlayn ictimai-siyasi qəzet
“Namaz qılan, dinimizdən, imanımızdan xəbərdar olan, Allah, valideyn, tərbiyə, nizam-intizam, ədəb-ərkanı aşılayan bir xanım olmalıdır”.
Bu sözləri tanınmış aparıcı Nigar Fərhad sosial şəbəkə hesabında qızına dayə axtarması ilə bağlı elanda qeyd edərək paylaşıb.
Videopaylaşımda isə qeyd edib:
“Həmin xanım tez-tez Monako-Bakı arasında uçuşlarda olacaq. Səyahət üçün hər şeyi qarşılayacam. O xanımdan bircə istəyim, yaxınlaşanda ana kimi yaxınlaşmasıdır. İşə yaxınlaşan kimi deyil. Çünki mən Zəhranı çox sıxıram, hətta telefon işlətməsinə belə icazə vermirəm. Çox diqqətciləm. Getdiyi, baxdığı istiqaməti belə bilməliyəm. Yediyi yeməyin tərkibindən tutmuş, aranızda olan istənilən danışıq mənə məruzə olunmalıdır. 24 saat içində ağzından çıxan bütün hərflərdən məlumatlı olmalıyam. Ona görə mənə gələndə qız böyüdən ana kimi yaxınlaşın”. (Yenisabah.az)
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ