Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyi Polşanın Kalininqrad şəhərində yerləşən baş konsulluğunun bağlanacağını elan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, nazirlik bu qərarın “əsassız və düşməncəsinə xarakter daşıyan” Polşa tərəfinin addımlarına cavab olaraq qəbul edildiyini bildirib.
“Polşa Respublikasının ərazisində Rusiya konsulluq nümayəndəliklərinin süni bəhanələrlə azaldılması şəklində ifadə olunan, əsassız və düşməncəsinə hərəkətləri nəzərə alınaraq bu addım atılır”, - deyə Rusiya XİN-in açıqlamasında qeyd olunub.
Qeyd edək ki, bundan öncə, 12 may tarixində Polşa Rusiyanın Krakov şəhərindəki baş konsulluğunu bağladığını elan etmişdi. Bu qərardan bir gün əvvəl isə Polşa hökuməti Rusiyanın xüsusi xidmət orqanlarını ötən il Varşavada yerləşən ən böyük ticarət mərkəzlərindən biri olan “Marywilska 44”ün yandırılmasında ittiham etmişdi.
Musavat.com
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ