İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbçiləri 5 ukraynalı əsiri öldürməkdə ittiham olunur

Rusiya hərbçiləri təslim olan Ukrayna ordusunun 5 əsgərini öldürüb.

Musavat.com xəbər verir ki, bu barədə “Deep State” saytı məlumat yayıb.

Faciəli hadisənin Donetsk vilayətinin Volnovaxa rayonunun Neskuçnoye və Vremevka kəndlərində baş verdiyi bildirilir.

Yanvarın 3-də Neskuçnı rayonunda rus qoşunları Ukrayna silahlı qüvvələrinin 141-ci əlahiddə piyada briqadasının möhkəmləndirilmiş mövqelərinə basqın edib. Burada üç əsgər əllərini qaldıraraq təslim olub. Lakin onlar başlarının arxasından güllə vurularaq öldürülüblər.

Prokurorluğun məlumatına görə, həmin gün ruslar Vremevka ərazisində Ukrayna silahlı qüvvələrinin istehkamlarına basqın zamanı iki hərbçini əsir götürüb. Həmin əsirlər güllələniblər.

Bununla bağlı Ukrayna Ali Radasının insan haqları üzrə müvəkkili Dmitri Lubinets Qırmızı Xaç Təşkilatına müraciət edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR