İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hakimiyyəti Vahid Ələkbərovun şirkətinə “yox” dedi

Rusiya hökuməti ölkənin ən böyük neft-qaz şirkətlərindən biri olan “Lukoyl” şirkətinin Baltik dənizində yerləşən “Nadejda" ("Ümid") sahəsinin işlənməsi təklifinə “yox” deyib.

Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, Baltik dənizinin Rusiya sektorunda yeganə hasilatçı olan “Lukoyl”a yox cavabının verilməsi gözlənilməz olub.

Maraqlıdır ki, hökumətdə heç kim imtina cavabının səbəblərini açıqlamayıb.

Qeyd edək ki, Avropadakı aktivləri təhdid altında olan “Lukoyl”un Sibir ərazisindəki yataqlarında ehtiyatlar artıq tükənmək üzrədir. Buna görə də şirkət 2016-cı ildən “Nadejda”nın işlənməsi hüququnu əldə etməyə çalışır.

“Lukoyl” Baltikdə 2014-cü ildən neft-qaz axtarışları, geoloji-kəşfiyyat işləri həyata keçirir. Bu baxımdan, hökumətin daha bir sahədə işlərin başlanmasına etiraz etməyəcəyi gözlənilirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR