Onlayn ictimai-siyasi qəzet
Son 1 həftə ərzində “Yuxarı Lars” gömrük-keçid məntəqəsi vasitəsi ilə Rusiya-Gürcüstan sərhədini hər iki istiqamətə 115 min nəfər keçib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Şimali Osetiyanın hökumət rəsmisi İrbek Tomayev bildirib.
Onun sözlərinə görə, bu göstərici əvvəlki həftə ilə müqayisədə 23,3 % çoxdur.
İrbek Tomayev əlavə edib ki, son 1 həftədə Rusiyadan Gürcüstana 37 500 nəqliyyat vasitəsi daxil olub. Onun sözlərinə görə, hazırda Rusiya-Gürcüstan sərhədində 3500 minik avtomobili və 1300 yük maşını növbə gözləyir.
12 Noyabr 2024
11 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ