Onlayn ictimai-siyasi qəzet
Ermənistan Daxili İşlər Nazirliyinin polisi “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın oğlu Nver Tsarukyanı və onun mühafizəçilərini axtarışa verib. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Bundan əvvəl “Makaryan News” teleqram kanalı oktyabrın 26-da saat 03:30 radələrində Nver Tsarukyanın iştirakı ilə insident baş verdiyi barədə məlumat yayıb. Qumarxana işçiləri ilə Nver Tsarukyan və onun mühafizəçiləri arasında mübahisə yaranıb və nəticədə davaya çevrilib, atışma və ya atəş səsləri eşidilib.
İstintaq Komitəsindən bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanıb, 5 nəfər barəsində cinayət işi başlanıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ