İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya fövqəladə vəziyyət elan edir, İranda fəhlələr də qalxdı... - CANLI

İranda neft sənayesi işçiləri etiraz aksiyalarına başlayacaq. Neft Sənayesi İşçilərinin Etirazlarını Koordinasiya Şurası bununla bağlı bəyanat yayıb. Bəyanatda ölkədə baş verən son etiraz aksiyalarında narazılara qarşı repressiyalar pislənilib və hökumətə xəbərdarlıq edilib.

"Xəbərdarlıq edirk ki, polis və təhlükəsizlik qüvvələri vasitəsilə etirazçılara qarşı qəddar repressiyaları, vətəndaşları öldürməyi və hökumətin tətbiq etdiyi məcburi hicab qaydalarına qarşı çıxanları həbslər davam edəcəyi təqdirdə tətil aksiyalarına başlayacayıq",- deyə, bəyanatda bildirilib.
Neft sənayesi işçiləri İran xalqları ilə həmrəy olduqlarını və vətəndaşlara qarşı törədilən zorakılıqlar qarşısında səssiz qalmayacaqlarını qeyd ediblər. "Biz işçilərin və xalıqın səsini eşidin",- deyə, bəyanatın sonunda yazılıb.

Kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqlənib. Bu barədə İran İnsan Haqları Təşkilatı sentyabrın 25-ə olan hesabatında bildirib.
İran İnsan Haqları Təşkilatı sentyabrın 25-ə olan hesabatında ölkənin əksər əyalətlərini bürüyən etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən 76 nəfərin adını açıqlayıb.

Hesabata görə, Mazəndəran əyaləti 25, Qərbi Azərbaycan, Gilan və Kürdüstan əyalətləri hər birində 10 nəfər itki olmaqla siyahıda ilk yerləri tuturlar.

Yayılan videolarda bir neçə şəhərdə hökumət qüvvələrinin dinc etirazçılara odlu silahlardan atəş açdıqları görünür.

İran televizyası sentyabrın 24-də rəsmi məlumatlara istinadən İran rəsmilərinin iğtişaşçı adlandırdığı 41 nəfərin öldüyü barədə məlumat yaymışdı.
Gürcüstanla sərhəddə yerləşən Şimali Osetiyada fövqəladə vəziyyət tətbiq oluna bilər. Bunu respublika rəhbəri Sergey Menyailo deyib.

“Səbəb sərhəddə insanların çoxluğudur. Hazırda rəhbərlik vəziyyəti qiymətləndirir, ehtiyacı olanların hamısına tibbi yardım göstəriləcək. Sərhədə yaxın ərazidə müvəqqəti yerləşdirmə mərkəzləri də açıla bilər, çünki növbədə qadınlar və uşaqlar var”, - Menyailo bildirib.

TVMusavat-ın saat 16:00-da canlı efirində aparıcı Emil Salamoğlu ilə politoloq Vaqif Hüseyn gündəmi müzakirə edir.

Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR