İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistanı ucuz çörəklə təmin edəcək

Bir qrup rusiyalı deputat Rusiya Federal Məclisi ilə Ermənistan Parlamenti arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 34-cü iclasında iştirak etmək üçün İrəvana gəlib.

AzVision.az xəbər verir ki, “Ədalətli Rusiya - Həqiqət naminə” fraksiyası rəhbərinin birinci müavini, Dövlət Dumasının aqrar məsələlər üzrə komitə sədrinin müavini Oleq Nilov İrəvanla əməkdaşlığın vacibliyindən danışıb. O qeyd edib ki, Rusiya Ermənistanla iqtisadi əməkdaşlığı maksimum səviyyədə təmin etməyə hazırdır.

"Rusiya tərəfindən maksimum təkliflər irəli sürüləcək. Digər məsələ artıq Ermənistanın öz maraqlarını nə qədər maksimum reallaşdıra biləcəyidir, - deputat deyib. O, fikirlərinə onu da əlavə edib ki, “təmaslarımızı nə qədər sıx inkişaf etdirəcəyimizə Ermənistan hökuməti, xalqı qərar verəcək”.

Söhbət ilk növbədə kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın qurulmasından gedir.
Nilov hesab edir ki, Ermənistan Rusiyaya ixrac üçün nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının istehsalını daha da inkişaf etdirə bilər.

"Aydın məsələdir ki, Rusiya da Ermənistanı tam şəkildə və minimal qiymətlərlə çörək, yağ və daha çox məhsulla təmin edəcək, - Nilov vurğulayıb.

Rusiyalı qonaq onu da qeyd edib ki, məlum iqtisadi proseslərdə avro və dolların “vasitəçiliyi” olmadan milli valyutalardan istifadə etməklə qarşılıqlı hesablaşmalar da müzakirə olunur. Bu isə hər iki ölkə vətəndaşlarının rifahının artmasına kömək edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR