İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistana yeni sanksiyalar tətbiq edib- Ermənilər rəzil durumda


Rusiya Ermənistana elan edilməmiş sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.

Məlumatda bildirilib ki, erməni fermerlər və yük maşınları günlərlə kənd təsərrüfatı məhsullarını Rusiyaya apara bilmirlər. Gürcüstanda erməni sürücülərə və fermerlərə məlumat verilib ki, Rusiya tərəfi erməni yük maşınlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

Bundan başqa, Ermənistana maye qaz idxal edən yük maşınları yanacaq doldurmaq üçün Rusiya ərazisinə daxil ola bilmir və bu səbəbdən də Ermənistanda maye qazın qiyməti son bir ayda demək olar ki, 80 faiz bahalaşıb. Rusiya tərəfi bu məhdudiyyətləri texniki problemlərlə izah edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR