Onlayn ictimai-siyasi qəzet
Rusiya zəngin turistləri ölkəyə cəlb etmək üçün Küveyt, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı və Malayziyaya qarşılıqlı vizasız rejim tətbiq etməyi təklif edib.
Musavat.com xairici mediaya istinadla cəbər verir ki, bu barədə bu gün RF-nin İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov bildirib.
“Xarici turistlərin ölkəmizə aşiq olması üçün heç olmasa bir dəfə bizə gəlmək lazımdır. Bizə gələnlər bir dəfə Moskva, Sankt-Peterburq, Kazan, Uzaq Şərqdə olub, özləri üçün yeni reallıq kəşf edirlər. Biz ölkəni xarici bazarlarda tanıtmaq üçün daha fəal olmalıyıq və bu vəzifəni 2024-cü ilin gündəliyinə qoymuşuq. Lakin bundan əvvəl bir sıra başqa problemləri həll etmək lazım idi - ilk növbədə bunlar viza ilə bağlı məsələlərdir, - Reşetnikov deyib.
Vladivostok daxili turizmin inkişafına həsr olunmuş tədbirdə danışan nazir qeyd edib ki, avqustun 1-dən elektron viza işləyir, avqustda artıq ölkəyə 30 min xarici vətəndaşlar gəlib, onların yarısı Çin vətəndaşıdır. "Biz bunun gələcəkdə əhəmiyyətli bir drayver olacağını gözləyirik", - nazir deyib.
Musavat.com
06 Fevral 2025
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ