Onlayn ictimai-siyasi qəzet
Günahsız yerə 38 il həbsdə qalan kişi azadlığa buraxılıb.
Milli.Az bu barədə BBC-yə istinadla xəbər verir.
İngiltərədə 1986-cı ildə zorlanaraq öldürülən 21 yaşlı Diane Sindallın qətli ilə bağlı həbs edilən Peter Sullivanın əslində heç bir günahı olmadığı 38 il sonra sübut olunub. Yeni DNA testləri ilə cinayəti başqa bir şəxsin törətdiyi məlum olub.
Sullivan həmin vaxt Birkenheaddəki barların birində işləyirdi və gənc qadının öldürülməsindən sonra saxlanılmışdı. Lakin olay yerindən götürülmüş sperma nümunələri illər sonra yenidən araşdırılıb və sübut olunub ki, onlar Sullivanın deyil, naməlum bir şəxsə məxsusdur. Məhkəmə qərarı ləğv edib, Sullivanın azad olunacağı bildirilən anda o, kamera qarşısında hıçqıra-hıçqıra ağlayıb.
Hazırda 68 yaşında olan Sullivan 14 min gündən artıq həbsdə qalıb.
Məhkəmə bildirir ki, Sindallın bədənindən götürülən sperma nümunəsi böyük ehtimalla əsl qatilə məxsusdur. Spermada Sullivanın DNA-sına rast gəlinməyib. Polis indi əsl qatili tapmaq üçün işi yenidən araşdırmağa başlayıb.
Bu olay İngiltərədə sağ qalmış bir şəxsin yaşadığı ən uzunmüddətli ədalətsizlik hadisəsi kimi tarixə düşüb.
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ