Onlayn ictimai-siyasi qəzet
Vatikan hərbi münaqişələrin həlli prosesində vasitəçilik etməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə Roma Papası XIV Lev bəyanat verib.
Pontifik çıxışında bildirib ki, dünya xalqları sülh istəyir və bu istəyi reallaşdırmaq üçün siyasi liderlər məsuliyyət daşıyır. “Xalq müharibə yox, sülh istəyir. Mən bütün qəlbimlə liderlərə səslənirəm: gəlin görüşək, gəlin danışaq, gəlin danışıqlar aparaq,” – deyə Papa vurğulayıb.
Papa Lev Vatikanın neytral mövqeyini və mənəvi nüfuzunu əsas gətirərək bildirib ki, müqəddəs taxt dünya ölkələri arasında vasitəçi missiyasını yerinə yetirməyə hazırdır.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ