İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın oğlu Ermənistan parlamentində DAVA SALDI - VİDEO

Ermənistan parlamentində vitse-spiker Akop Arşakyan ilə müxalifətçi deputat Levon Köçəryan arasında mübahisə baş verib.

Musavat.com xəbər verir ki, münaqişə deputatlar arasında davaya çevrilib.

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan çıxışı zamanı Nikol Paşinyan və Alen Simonyanın fikirlərini xatırladıb və onları təhqir kimi qiymətləndirib.

“Qoy Alen Simonyan ehtiyatlı olsun və bilsin ki, mən onu yerindən tullayanda bu, ona çox ağrılı olacaq”, – deyə L. Köçəryan bildirib.

Köçəryanın sözlərinə qəzəblənən Arşakyan emosiyalarını cilovlaya bilməyib.

“Ey, Levon, yerini bil! Otur yerində və sənə deyilənə qulaq as! Barmağını mənə tərəf uzatma!” — deyə o qışqırıb. Arşakyan daha sonra Köçəryanı zaldan qovacağı ilə hədələyərək onun yerinə oturmasını tələb edib.

Müxalifətdən olan deputatlar vitse-spikerin sözlərinə sərt reaksiya veriblər və nəticədə hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələri ilə əlbəyaxa dava olub. Hadisədən sonra Arşakyan zalda nizam-intizamı bərpa etməyə çağırıb və müxalifətə iclas zalını tərk etməyi təklif edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR