İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ən bahalı təyyarələrini belə qoruyur - ŞOK DETALLAR AÇIQLANDI

Ukraynanın aerodromlara uğurlu hücumundan sonra Rusiya ən qiymətli hərbi təyyarəsini Ukraynadan mümkün olan qədər uzaqlaşdırıb.

Musavat.com “The Telegraph”a istinadən xəbər verir ki, ruslar iki Tu-160 strateji bombardmançı və raket daşıyıcısını cəbhə xəttindən 4000 mil (təxminən 6437 kilometr) uzaqlaşdırıb. Onlar uzaq Anadır aviabazasına köçürülüb.

Qeyd edək ki, həmin aerodroma yalnız hava və dəniz yolu ilə getmək olar, bunu peyk görüntüləri də sübut edir. Nəşr qeyd edir ki, bu aerodrom Alyaskadan təqribən 410 mil (təxminən 660 km) məsafədə, yaşayış olmayan Çukotka yarımadasında yerləşir. O, Soyuq Müharibə dövründə - Rusiyanı Amerika Birləşmiş Ştatlarının potensial hücumlarından qorumaq üçün yaradılmışdı.

"Tu-160 səsdən sürətli bombardmançı nüvə silahı daşıya bilir və Rusiyanın arsenalında ən bahalısıdır. Bir vahidinin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, ABŞ bombardmançı donanmasının əsasını təşkil edən B-52 Stratofortress təxminən 94 milyon dollar dəyərində qiymətləndirilir".

Lakin Tu-160 təkcə bahalı bombardmançı deyil, həm də olduqca nadirdir. Rusiyada bu təyyarələrdən yalnız 16-nın xidmətdə olduğu güman edilir. Bununla belə, Ukrayna bu Tu-160-ların bəzilərinin “Hörümçək toru” əməliyyatı çərçivəsində 1 iyun hücumunda zədələndiyini iddia edir.

Rusiyanın təyyarələri mümkün zərbələrin minimum olduğu əraziyə köçürməsi Ukraynanın iddialarının doğru olmasından xəbər verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR