İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya əlavə qüvvələr gətirdi, vəziyyət pisləşir - Kiyev

Xerson istiqamətində vəziyyət Kiyev üçün xoşagəlməz istiqamətdə dəyişir.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"İndi biz Xerson istiqamətinə keçirik. Orada vəziyyət bizim üçün xoşagəlməz istiqamətdə dəyişir. Əlavə olaraq altıya yaxın batalyon taktiki qrupu yerləşdirilib, ümumilikdə rus qüvvələrinin sayı 30 batalyon civarındadır. Bu, nəhəng hərbi qüvvədir, onu darmadağın etmək çox çətin olacaq", - deyə Arestoviç bildirib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR