İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ELAN ETDİ - 4 ukraynalı BU SƏBƏBDƏN öldürüldü

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bir qrup ukraynalının Rusiya ərazisinə daxil olmağa çalışdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, onlar 4 nəfər olublar.

Rusiya kəşfiyyatı ukraynalıların öldürüldüyünü açıqlayıb:

"Rusiya dövlət sərhədindəki FSB personalı Ukraynaya məxsus təxribat-kəşfiyyat qrupunu zərərsizləşdirib. Qarşıdurma zamanı Ukraynadan Bryansk vilayəti ərazisinə girməyə cəhd göstərən 4 diversant öldürülüb".

Açıqlamada bildirilir ki, zərərsizləşdirilmiş ukraynalılar Rusiya ərazisinə Almaniya istehsalı olan avtomat və sursatlar, həmçinin 40 kiloqramlıq partlayıcı keçirməyə çalışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR