İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Dünya Turizm Təşkilatından çıxarılıb

Rusiya Dünya Turizm Təşkilatından (DTT) çıxarılıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd olunur ki, dünən BMT-nin Baş Assambleyasında səs çoxluğu ilə Rusiyanın Dünya Turizm Təşkilatına üzvlüyü dayandırılıb.

"Rusiyanın təşkilatdan qovulmasını dəstəkləyən bütün dövlətlərə minnətdaram. Bu qərar sayəsində Rusiyanın turizm sənayesi onilliklər ərzində inkişafdan geri qalacaq", - Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib.

Səsvermələr zamanı 40 ölkə Rusiyanın təşkilatdan xaric edilməsinin lehinə, 11 ölkə isə əleyhinə səs verib.

Qərarın əleyhinə daha az ölkə, o cümlədən Suriya, Belarus, Qazaxıstan, Nikaraqua, Zimbabve, Əlcəzair, Bosniya və Herseqovina, Şimali Koreya, Çin və Misir çıxıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR