İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya dövlət televiziya kanalında Azərbaycana qarşı növbəti təxribat - VİDEO


Rusiyanın “Rossiya 24” dövlət telekanalında Azərbaycan əleyhinə süjet nümayiş olunub.

Musavat.com oxu.az-a istinadla xəbər verir ki, onun müəllifi, jurnalist Natalya Solovyova Qərbin Vaşinqtonun simasında öz “Qarabağ Azərbaycandır” şərtləri ilə sülh təklif etdiyini bildirir və başqalarının itkiləri ilə (yəni Ermənistan Qarabağsız qalır) hesablaşmayacağından şikayətlənir.

Bundan başqa, süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan prezident adlanır, onlar Qarabağdakı separatçı rejimin “keçmiş rəhbəri”ndən sitat gətirirlər, həmçinin ermənipərəst ekspertlərin çıxışlarını göstərirlər.

Xatırladaq ki, son vaxtlar Rusiyanın dövlət kanallarında bir neçə anti-Azərbaycan, təxribat xarakterli süjetlər və reportajlar nümayiş etdirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR