İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Türkiyə ilə münasibətlərdə “pozitiv dinamikadan” razıdır - Vahan Kostanyan

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesindəki “pozitiv dinamikadan” razıdır və münasibətlərin “tam normallaşmasına” hazırdır.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin “Anadolu” agentliyinə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

“Biz Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının müsbət dinamikasından məmnunuq, lakin hesab edirik ki, daha çox şey etmək olar, xüsusən də söhbət münasibətlərin tam normallaşması, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasından gedir”, - Kostanyan bildirib.

Kostanyan Ərdoğan və Paşinyan arasında danışıqları “çox müsbət” adlandırıb, çünki hər iki lider “bir-birinin mövqeyini anlamaq istəyi” nümayiş etdirib.

O, sərhədin üçüncü ölkə vətəndaşları və diplomatları üçün açılması kimi məsələlərlə bağlı əvvəlki razılaşmaları, 2022-ci ilin iyulunda Vyanada normallaşma danışıqlarının dördüncü raundu zamanı əldə olunmuş razılaşmanı qeyd edib: “Biz bir daha təsdiq etdik ki, Ermənistan tərəfi hazırdır. Biz bütün lazımi infrastruktur və texniki hazırlıqları həyata keçirmişik və sazişin icrasına başlamağa hazırıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR