İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Cənubi Qafqazın bu hissəsində təsirini itirir - Ananyan

“Rusiya sülhməramlılarının çıxması o deməkdir ki, bundan sonra yeni missiyaların “formalaşdırılması” artıq mümkün deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan yazıb.

Onun sözlərinə görə, bununla əslində Rusiya Cənubi Qafqazın bu hissəsində öz təsirini və mövcudluğunu itirir.

“Belə bir qərar və ya Rusiyanın geri çəkilməsi açıq şəkildə Azərbaycana, Türkiyəyə və Qərbə sərf edir, Rusiyanın maraqlarına əsaslanmır və bu, Moskvanın beynəlxalq arenada digər iştirakçılarla danışıqlar nəticəsində müəyyən güzəştlər və ya vədlər alması barədə fərziyyələrə gətirib çıxarır. Belə bir addımın kompensasiyası kimi Rusiyaya konkret nə təklif edildiyi də müəmmadır. Lakin bu kontekstdə bir şey aydındır: Ermənistanın maraqları və istəkləri danışıqlar zamanı müzakirə olunan prioritetlər çərçivəsindən kənarda qalıb.Bu, bizdən asılı olmayan, lakin bizim üçün əlverişsiz hadisələrin yaxın gələcəkdə gözlənildiyini açıq şəkildə göstərir”, - deyə Ananyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR