İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu xəbərlə ÇALXALANIR

Rusiyada onlarla bölgəni əhatə edən yanacaq çatışmazlığı səbəbindən hökumət Belarusdan benzin idxalını kəskin şəkildə artırıb.

Musavat.com xəbər verir ki, sentyabr ayında Belarus mənşəli benzin idxalı avqustla müqayisədə 4 dəfə artaraq 49 min ton təşkil edib.

Eyni dövrdə Rusiyaya 33 min ton dizel yanacağı da gətirilib.

Bununla yanaşı, Belarus şirkətləri öz yanacaq məhsullarını digər ölkələrə ixrac etmək üçün Rusiya limanlarından istifadə etməyə davam edir.

Sentyabrda bu tranzit təxminən 1% artaraq 140 min tona çatıb. Lakin yanvar–sentyabr dövründə tranzit keçən ilin eyni dövrü ilə müqayisədə 40%-ə yaxın azalıb — 1,17 milyon tona qədər.

Məlumata əsasən, tranzitin azalması Belarusdakı neft emalı həcmlərinin aşağı düşməsi ilə bağlıdır. Ölkədə iki əsas neft emalı zavodu – Novopolotsk və Mozır – fəaliyyət göstərir. Onlar illik 12 milyon tonadək xam neft emal etmək gücünə malik olsalar da, adətən tam gücü ilə işləmir və ildə təxminən 9 milyon ton məhsul istehsal edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR