İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu ölkədə HƏRBİ BAZA qurur

Sudan hökumətinin ölkədə Rusiya Hərbi Dəniz Qüvvələri bazasının yaradılmasına heç bir əsaslı etirazı yoxdur.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sudanın xarici işlər naziri Əli əs-Sadiq bildirib.

"Əvvəlki hökumət dövründə əldə olunan razılaşmalara heç bir prinsipial etirazımız yoxdur. Bu, dövlətin öhdəliyidir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, yeni parlament Rusiya bazasının yaradılması haqqında sazişi ratifikasiya edəcək.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Rusiya Sudanla Rusiya Hərbi Dəniz Qüvvələrinə logistik dəstək mərkəzinin yaradılmasına dair müqavilə bağlayıb. Belə ki, Sudan müqavilənin qüvvədə olduğu müddət ərzində Rusiyaya pulsuz istifadə üçün ərazi, daşınmaz əmlak, o cümlədən sahil zonası verir. Logistika mərkəzində hərbi və mülki personalın maksimum sayı 300 nəfərdən çox olmamalıdır, onun artırılması Sudanla razılaşdırılmaqla mümkündür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR