İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu Avropa ölkəsini təhdid etdi: Çox peşman olacaqsınız

Rusiya Finlandiya ilə bağlı sərt açıqlama verib.

Musavat.com Sputnik-ə istinadən xəbər verir ki, Finlandiyanın NATO-ya üzvlüklə bağlı bəyanatına Rusiya sərt reaksiya verib.

Belə ki, Rusiya Finlandiyanın bəyanatlarına təhdid xarekterli cavab verib.

Kremlin bəyanatında deyilir: "Finlandiya Avropa Birliyinin Rusiyaya qarşı qeyri-dost addımlarına qoşulmağa başlayıb. Bu, təəssüf doğuran addımdır və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir, çox peşman olacaqlar".

Bəyanatda həmçinin Rusiyanın qətiyyətli cavab vermək üçün hər an hazır olduğu bildirilib: "NATO-nun genişlənməsi nə dünyanı, nə də Avropanı daha sabit hala gətirməyəcək. Rusiya Ukraynaya müdaxilə etməyə çalışan və hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır".

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR