İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bizim Xankəndi planlarımızı pozdu? – Üzeyir Cəfərovla “Canlı debat”

“Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün o qədər çətin deyil. Məsələn, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmayacağını artıq bəyan edib”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “BBC”-yə müsahibəsində deyib. “Amma Ukraynanın tərksilah edilməsi, rus dilindən istifadənin qüvvədə qalması və de-nazifikasiya çətindir. Bu, əslən yəhudi olan və bəzi qohumları Holokostda ölən cənab Zelenski üçün təhqirdir. Cənab Zelenski artıq Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə və onunla təkbətək danışıqlara hazır olduğunu bildirib. Rusiya Ukrayna hökumətindən Ukraynanın şərqindəki ərazilərdən imtina etməyi tələb edəcək. Bu, dərin mübahisələrə səbəb olacaq. Digər ehtimal isə ondan ibarətdir ki, Moskva Kiyevdən 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımın işğalını tanımasını tələb edəcək. Bu, Ukrayna üçün çətin olacaq”, - o söyləyib.

İ.Kalın bildirib ki, Rusiyanın Krıma sahib olmaq hüququ yoxdur: “Buna baxmayaraq, Putinin tələbləri deyildiyi qədər sərt deyil. Qan tökülməsi, dağıntılar tələbləri daha ağırdır. Ciddi saziş imzalanmasa, Prezident Putin və onun varisləri hər an yenidən Ukraynaya hücum edə bilərlər. Atəşkəs qan tökülməsinin qarşısını alsa da, sülh razılaşmasının imzalanması uzun çəkə bilər. Ukrayna şəhərlərinin bərpası çox vaxt alacaq. Müharibəni bitirmək üçün bizi səylərimiz davam edir və, görünür, neytral mövqedə olmağımız nəticə verir”.

Rusiya havada üstünlüyü əldən verir, quruda isə “palçığa batıb”

Ukraynaya qarşı başladılmış müharibənin 23-cü günündə Rusiya ordusunun itkiləri də artıb, amma əhəmiyyətli irəliləmə əldə edə bilməyib. virtualaz.org xəbər verir ki, Rusiya ordusunun quruda verdiyi itkilərlə yanaşı havada üstünlüyü də əldən verdiyi müstəqil hərbi ekspertlər tərəfindən təsdiqlənir.

Rusiya Hava Kosmik Qüvvələri hər gün döyüş təyyarələrini, o cümlədən ən müasir döyüş təyyarələrini və vertolyotlarını itirir. Bu baxımdan ötən sutka da Rusiyanın Hava Kosmik Qüvvələri üçün ağır hesab edilə bilər.

Ukraynanın Hava Qüvvələri Komandanlığı bildirir ki, ötən sutka ərzində 7 döyüş təyyarəsi də daxil olmaqla cəmi 14 hava hədəfi məhv edilib. Belə ki, Ukrayna Hərbi Hava Qüvvələri havada bir neçə döyüş aparıblar, bu zaman bir Rusiya qırıcısı və bir hücum təyyarəsi məhv edilib. Eyni zamanda Ukraynanın hava qüvvələri düşmənin zirehli texnika və avtomobil kalonlarına güclü zərbələr endirib.

Zenit-raket qüvvələri isə düşmənin daha 5 təyyarəsini vurub, onların tipi müəyyənləşdirilir. Habelə zenitçilər 3 PUA və bir çoxməqsədli döyüş vertolyotu (Mi-24 “Hind”) məhv ediblər.

Bu danışıqlar hara gətirib çıxaracaq? Rusiya indiki mərhələdə üstün tərəfdə görünürmü?

Bu və gündəmdəki digər sualları hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR