Onlayn ictimai-siyasi qəzet
Həftə içi hər gün Beyaz Tv-də yayımlanan "Nur Viral'le Hayatta Her Şey Var" verilişində ekspertin açıqlaması diqqət çəkib.
Verilişə ekspert qismində qatılan ginekoloq Ayşe Duman açıqlaması ilə gündəmə gəlib.
Yataq münasibətinin əsl motivasiya mənbəyi olduğunu vurğulayan ginekoloq bildirib ki, insanların normal əlaqəsi olsa, yollarda tıxac yaranmaz.
Ekspertin "İnsanların cinsi tələbatı ödənsə yollarda tıxac qalmaz" sözləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
"Əlaqə zamanı bədən neytrallaşır. Bu tələbatımız ödənəndə gündəlik həyatımızdakı tolerantlığımız artır. Çünki təmin olduq və sevildiyimizi gördük. Hormonlarımız tarazlaşdı. Belə bir insanın yola çıxdığını təsəvvür edin. Gərəksiz bir hərəkət edən maşını daha sakit qarşılaya bilər. İnsanlar sevişə bilsə, inanın, yol problemi olmaz. Ən azından yolda dava-dalaş olmaz."
Milli.Az
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ