Onlayn ictimai-siyasi qəzet
"Pepito" tayfunu Filippini vurub. Bu, ay ərzində altıncı belə tufandır.
Musavat.com xəbər verir ki, yerli KİV-lərin meteoroloqlara istinadən verdiyi məlumata görə, tufanın şənbə gecəsindən bazar gününə keçən gecə Katanduanes əyalətində quruya çatması gözlənilir.
Sinoptiklər güclü yağışlar və daşqınların baş verəcəyini proqnozlaşdırırlar. Filippin prezidenti artıq yerli hakimiyyət orqanlarına təcili tədbirlər görməyi, ərzaq ehtiyatları hazırlamağı və riskli bölgələrdə yaşayan sakinləri təxliyə etməyi tapşırıb.
@@TVmusavat/101236@@
Afaq,
Musavat.com
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ