Onlayn ictimai-siyasi qəzet
Oktyabr ayının sonunda İsrailin həyata keçirdiyi hava hücumu İranın Parçin şəhərində yerləşən "Taleqan-2" adlı məxfi obyektə ciddi zərbə vurub.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, obyektdə nüvə silahlarının hazırlanmasında istifadə oluna biləcək tədqiqatlar aparılıb. Keçmiş İsrail rəsmisinin sözlərinə əsasən, hücum nəticəsində partlayıcı maddələrin hazırlanmasında istifadə olunan mürəkkəb və yüksək texnologiyalı avadanlıqlar məhv edilib.
Bildirilir ki, bu avadanlıqlar nüvə qurğularının işə salınması üçün zəruri olan xüsusi detonatorların istehsalında istifadə olunurdu. Hücum zamanı həmin avadanlıqların sıradan çıxarılması İranın nüvə proqramına ciddi maneə yaradıb.
Analitiklərin fikrincə, bu əməliyyat İranın nüvə texnologiyalarını inkişaf etdirmə qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədə bilər.
Musavat.com
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ