İnsanlara hürriyət, millətlərə istiqlal!

Frank Pallonenin Bakı görüntüləri yayıldı - VİDEO

Bakıda keçirilən COP29 tədbirində iştirak edən ABŞ Konqres üzvü və erməni lobbiçiliyi ilə tanınan Frank Pallone Azərbaycan jurnalistlərinin sərt sualları qarşısında çətin anlar yaşayıb.

Azərbaycanın ərazi bütövlüyünü tanımayan və ölkəmizə qarşı düşmən mövqeyi ilə seçilən Pallone verilən suallara konkret cavab verməkdən yayınmağa çalışsa da, jurnalistlərin təzyiqi qarşısında ciddi çətinlik çəkib.

Azərbaycan jurnalistləri Pallonedən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı mövqeyini açıq şəkildə bəyan etməyi tələb ediblər.

“Siz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıyırsınızmı?” sualı qarşısında Frank Pallone qısa və ümumi cavablarla kifayətlənməyə çalışıb, lakin bu, jurnalistlərin tənqidlərini daha da artırıb.

Jurnalistlər həmçinin Pallonedən işğaldan azad edilmiş ərazilərdə Ermənistanın törətdiyi dağıntılara və mədəni irsimizin məhv edilməsinə münasibət bildirməyi tələb ediblər. Onun bu məsələdə mövqeyini açıqlamaması və konkret cavabdan qaçması narazılığa səbəb olub.

Daha bir sərt sual Pallonenin erməni terroruna açıq dəstək verməsi ilə bağlı olub. Jurnalistlər ABŞ Konqres üzvünü bu siyasətini əsaslandırmağa çağırıb. Onun bu sualı cavablandırmamaq üçün mövzunu dəyişməyə cəhd etdiyi müşahidə olunub.

Tədbir iştirakçıları arasında yayılan məlumatlara görə, Frank Pallone jurnalistlərin suallarına tam şəkildə cavab verə bilmədiyi üçün tədbirdən narazı halda ayrılıb. Onun bu səfərdən sonra mövqeyində dəyişiklik edib-etməyəcəyi maraqla gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR