Onlayn ictimai-siyasi qəzet
“Sentyabrın 21-nə keçən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Rusiya ərazisi üzərində Ukraynaya məxsus 101 pilotsuz təyyarəni vurub”.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Pilotsuz təyyarələrin əksəriyyəti (53 ədəd) Bryansk vilayəti üzərində səmada məhv edilib. Daha 18-i Krasnodar vilayətində, 16-sı Azov dənizi üzərində, 5-i Kaluqa vilayətində, qalanı isə Smolensk, Kursk bölgələrində və Krımda məhv edilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ