Onlayn ictimai-siyasi qəzet
Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının hərbçisinin meyiti aşkarlanıb. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Faciə yanvarın 25-də Şirak rayonunda baş verib.
Saat 17:20 radələrində Rusiya vətəndaşı Vitali Şevçenko polisə zəng edərək Gümrü şəhərinin Aram Xaçatryan küçəsindəki evlərdən birində asılmış meyit tapıldığını bildirib.
Polis və müstəntiqlər 23 yaşlı rusiyalı Aleksey Yampolskinin cəsədini göstərilən binanın mənzilində tapıblar.
Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, kənar ekspertiza zamanı heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
Hadisə ilə bağlı intihar və ya intihara cəhd maddələri ilə cinayət işi başlanıb. Meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.
Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, mərhum və polisə zəng vuran vətəndaş Gümrüdəki 102-ci Rusiya hərbi bazasında xidmət edib.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ