İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Baltikyanı ölkələrin konsulluqlarını bağlayır

Latviya səfiri M. Riekstins, Estoniya səfiri M. Laidre və Litvanın müvəqqəti işlər vəkili V. Umbrasene Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA xəbər verir k, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın Klaypeda, Liepaja, Dauqavpils, Narvadakı baş konsulluqlarının və Rusiyanın Estoniyadakı (Tartu) səfirliyinin Konsulluq şöbəsinin ofisinin bağlanması ilə bağlı qeyri-dost hərəkətləri ilə əlaqədar diplomatik nümayəndəliklərin rəhbərlərinə kəskin etiraz edilib”, - bildirilib.

Rusiya XİN-in məlumatında vurğulanıb ki, qarşılıqlılıq prinsipi əsasında, həmçinin bu ölkələrin Ukraynaya dəstəyinə görə XİN Latviyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və Pskovdakı Konsulluğunun, Estoniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və Pskovdakı ofisinin, Litvanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyəti ilə bağlı razılığı geri götürür: “Adıçəkilən Estoniya və Latviya konsulluqların rəhbərləri və digər vəzifəli şəxslər “persona non qrata” elan edilir, konsulluq işçiləri və adları çəkilən qurumların Rusiya Federasiyasının vətəndaşı olmayan inzibati-texniki heyəti ölkədə qəbul edilmir”.

Rusiya XİN bəyan edib ki, bu şəxslər Rusiya konsulluqlarının əməkdaşlarının bu ölkələrdən getməsi üçün nəzərdə tutulmuş müddət ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR