İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya azərbaycanlıları zorla Ukrayna müharibəsinə göndərir - BAKI ETİRAZ EDİR!

Rusiyada 2 milyonadək azərbaycanlı yaşayır və işləyir. Lakin onlarla bağlı müəyyən bir təhlükə var. Belə ki, bir neçə ay öncə Rusiya Federasiyasının Səfərbərlik İdarəsinin rəisi Vladimir Tsimlyanski açıqlamasında ikinci səfərbərlik dalğasının olmayacağını demişdi.

Kontr-admiral əlavə etmişdi ki, bunun üçün kifayət qədər könüllülər və həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar var. Lakin son zamanlar paylaşılan videogörüntülər bunun əksini deyir. Artıq Rusiya bu müharibəyə sadəcə yerli vətəndaşları deyil, orada yaşayıb, işləyən miqrantları və qeyri-millətləri də cəlb etməyə çalışır. Soydaşlarımızın Rusiya-Ukrayna müharibəsinə qurban getməsini qəbul edə bilmərik.

Bəs çıxış yolu nədir? Onları geri çağırmaqmı? Belə olan halda Azərbaycan 2 milyona yaxın axını qəbul etmək üçün iqtisadi cəhətdən hazırdımı?

TV Müsavat mövzu ətrafında paytaxt sakinlərinin rəylərini öyrənib.

Ətraflı videosorğuda izləyə bilərsiniz:

Dürrə Həsənova,
Rafət Şahbazov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR