İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycandan İNTİQAMA İmişlidə BAŞLADI: öncə SSRİ bayrağı və Georgi lenti, sonra ...

Təbii ki, Hitler faşizminə qarşı müharibədə Azərbaycan xalqının böyük itkilər verdiyini, qəhrəmanlıq, fədakarlıq göstərdiyini nəzərə alsaq, 9 mayın ölkəmizdə xüsusi qeyd edilməsində qeyri-adi heç nə yoxdur. Əksinə, bununla da həmin savaşda həlak olan həmvətənlərimizin ruhu yad edilmiş, onlara ehtiram göstərilmiş olur və sair.

Lakin İmişlidə bir neçə gün əvvəl 9 mayla bağlı keçirilən və sosial şəbəkələrdə görüntüləri yayımlanan tədbir bütün əndazələri aşıb. Sanki bu tədbir Azərbyacnda deyil, SSRİ-nin bərpası həsrətilə alışıb yanan Rusiya vilayətlərinin birində keçirilir. Ərazi SSRİ bayraqları ilə “bəzədilib”, tribunanın üzərində qırmızı SSRİ bayrağı dalğalanır. O SSRİ bayrağı ki, məsələn, 20 yanvarda həmin bayrağın altında Bakıya soxulan rus imperiya qoşunu yüzlərlə həmvətənimizi şəhid etmişdi… Bundan əlavə, iştirakçıların yaxasına Rusiya imperiyasının işğalçılıq simvolu hesab edilən və bir çox ölkələrdə rəsmən qadağan edilmiş “Georgiyev lenti” taxılıb, fonda SSRİ-nin əzəmətini ifadə edən musiqi səslənir, rus dilində çıxışlar edilir və sair. Yeri gəlmişkən, rus dilində çıxış edənlər Rusiyadan gələn hansısa qonaqlar yox, Azərbaycanın dövlət dilini bilməyə və rəsmi tədbirdə, ictimaiyyət qarşısında bu dildə danışmağa borclu olan Azərbaycan vətəndaşlarıdır…

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.07-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR