İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Paşinyanla danışdı, gözlənilməz açıqlama verdi: “Ona dedim, Azərbaycan və Türkiyə ilə...”

Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra özünün X (keçmiş Twitter) hesabında paylaşım edib.

Musavat.com xəbər verir ki, Fransa lideri paylaşımında İrəvan hökumətinə açıq dəstəyini ifadə edib:

“Mən Paşinyana bildirdim ki, Fransa erməni demokratiyasını qorumaq uğrunda mübarizədə Ermənistan hökuməti ilə həmrəydir”.

Makron həmçinin Ermənistan baş nazirinin Azərbaycanla sülh prosesinə və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş fəaliyyətinə xüsusi diqqət çəkib:

“Mən onun Azərbaycanla sülhə nail olmaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün göstərdiyi cəsarətli səyləri dəstəklədiyimizi bir daha təsdiqlədim”.

Fransa prezidenti əlavə edib ki, sülh və açıq sərhədlər təkcə region üçün deyil, daha geniş coğrafiya üçün də mühüm hadisə və örnək olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR