İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ABŞ ilə danışıqların aparılması üçün qrup formalaşdırır

Rusiya artıq ABŞ ilə danışıqlar, o cümlədən Ukraynada vəziyyətin müzakirəsi üçün qrup formalaşdırmağa başlayıb.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin qrupun tərkibi ilə bağlı qərarı sonradan elan ediləcək.

"Əlbəttə ki, iş başlanıb. Prezident müvafiq qərarlar qəbul etdikcə, biz sizi məlumatlandıracağıq", - o qeyd edib.

D.Peskov qrupa kimin rəhbərlik edə biləcəyini dəqiqləşdirməyib. Qeyd edib ki, bu barədə Putinin müvafiq qərarlarından sonra məlumat veriləcək.\\“Report”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR