İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus general Krım körpüsünün vurulmasına görə Ukraynanı hədələdi

"Kiyev rejimi nə etdiyini başa düşmür, ona görə də Krım körpüsünə zərbə endirib".

Musavat.com xəbər verir ki, "Rusiya Zabitləri" təşkilatının rəyasət heyətinin sədri, Rusiya Federasiyasının qəhrəmanı, general-mayor Sergey Lipovoy aif.ru-ya açıqlamasında bu hücumun cavabının ağır olacağanı deyib.

“Kiyev rejimi başa düşmür ki, Krım ərazisinə qarşı terror hücumuna cavab veriləcək. Bu cavabı tezliklə görəcəyik. Bunun terror aktı olması heç bir şübhə yeri qoymur: bir ailə ölüb, insanlar ölüb - bu vəziyyətdə ən kədərlisi budur. Amma ali baş komandan cavabın sərt olacağını bildirib. Qoy onlar indi bunun harada baş verəcəyini düşünsünlər”, - general bildirib.

İyulun 17-nə keçən gecə Ukraynaya məxsus iki pilotsuz suüstü qayıq Krım körpüsünə hücum edərək onun sütunlarından birinə dəyib. Avtomobildə olan kişi və qadın həlak olub, ailənin qızı isə yaralanıb. Rusiya İstintaq Komitəsi maddə ilə cinayət işi açıb. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR