İnsanlara hürriyət, millətlərə istiqlal!

Röya ilə Murad sosial mediada gündəm oldu - VİDEO

Azərbaycanın Xalq artisti Röya Ayxan və tanınmış bəstəkar, prodüser və ifaçı Murad Arif yeni musiqi layihəsi ilə sosial mediada geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, sənətçilər “Bumeranq” adlı mahnını duet şəklində ifa edərək, onu izləyicilərlə bölüşüblər.

Mahnının təqdimatı tam şəkildə olmasa da, onların sosial şəbəkələrdə paylaşdığı qısa video fraqment artıq bir gün ərzində yüzlərlə istifadəçi tərəfindən kopyalanaraq TikTok, Instagram və digər platformalarda yayımlanıb.

Musiqi fraqmentinə edilən video-reaksiyalar, montajlar və rəqs trendləri sayəsində “Bumeranq” sözün əsl mənasında trendə çevrilib.

İfaçılar özləri də bu maraqlı diqqəti qiymətləndirib. Murad Arif paylaşımında “Bu mahnı bumeranq kimi qayıdacaq”, Röya isə “Hər notu özümüz kimi yaşadıq” deyərək layihəyə olan münasibətlərini ifadə ediblər.

Musiqi dinamik ritmi, müasir aranjimanı və iki tanınmış ifaçının enerjili vokal harmoniyası ilə qısa müddətdə dinləyicilərin diqqətini çəkib.

“Bumeranq”ın müəllif heyəti də olduqca güclüdür. Mahnının sözləri və musiqisi Murad Arifə aiddir, aranjeman isə gənc və perspektivli musiqi prodüseri Əli Zeynallıya məxsusdur.

Hazırda fanatlar mahnının tam versiyasını səbirsizliklə gözləyir və sosial mediada “nə vaxt çıxacaq?” sualı ilə ifaçıların paylaşım bölmələrini doldururlar. Musiqi tənqidçiləri isə qeyd edir ki, bu duet yaz aylarının ən yaddaqalan layihələrindən biri ola bilər.

Qeyd edək ki, Röya və Murad daha öncə də bir neçə dəfə ortaq layihələrdə çalışıblar. Amma budəfəki birliktəlik onların fərqli vokal üslublarının sintezindən doğan enerjili və emosional bir iş kimi qiymətləndirilir.

Rəsmi təqdimatın yaxın günlərdə elan ediləcəyi gözlənilir.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR