İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdə olan nişanlısına telefon gətirən qadın: “Bişirdiyim aşın altına qoydum”

Həbsxanada olan nişanlısına apardığı aşın içərisində mobil telefon gizlədən qadın saxlanılıb. Onun nişanlısı üçün iki telefon gətirdiyi müəyyən edilib.

Musavat.com xəbər verir ki, 35 yaşlı Nərminə Bakı İstintaq Təcridxanasında saxlanılan nişanlısı ilə görüşə gələn zaman saxlanılıb.

Onun nişanlısı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən külli miqdarda narkotik vasitələrin dövriyyəsində təqsirli bilinərək həbs edilibmiş.

Nərminə dindirilən zaman deyib ki, nişanlısı ilə mütəmadı əlaqə yaratmaq və rahat şəkildə danışmaq məqsədilə həbsxanaya mobil telefon aparatları keçirmək qərarına gəlib:

“Heç kimin xəbəri və məsləhəti olmadan etmişəm. Evdə olan qazanın ölçüsünə uyğun paslanmayan dəmir parçasını kəsdim. Qazanın dibinə telefonları, nömrələri qoyub həmin dəmir parçasını onların üzərinə yerləşdirdim. Sonra da bişirdiyim aşı həmin qazana tökdüm. İki telefon keçirmək istəməkdə məqsədim o idi ki, biri aşkar olunanda digəri ilə əlaqə saxlaya bilsin”.

Törətdiyi əməldən peşman olduğunu deyən Nərminə bildirib ki, həbsdə olan nişanlısının bundan xəbəri olmayıb.

Cinayət Məcəlləsinin 29.317-1.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla ötürülməsinə cəhd) maddəsi ilə təqsirli bilinən Nərminə 6 ay islah işləri cəzasına məhkum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR