Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salınıb.
Musavat.com xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi.
Emin məlumat yayaraq konsertin olmayacağını bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 5-ni göstərib.
Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərini, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.
23–26 iyul tarixlərində baş tutacaq beynəlxalq musiqi festivalı “DREAM FEST 2025”in proqramında da dəyişikliklər edilib.
Xalq artisti Emin Ağalarov instaqram hesabında məlumat yayaraq bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyinin 29 iyun tarixli müraciətindən sonra tədbirin proqramında bəzi günlər üzrə düzəlişlər edilib. Xüsusilə festivalın 1-ci və 3-cü günləri üçün heyət dəyişməz qalacaq, 2-ci və 4-cü günlərdə isə yeni ifaçılar təqdim olunacaq.
Xatırladaq ki, musiqili gecədə yer alacaq ifaçılar arasında isə Alsu, Ani Lorak, Eqor Krit, Timati, İrina Dubsova, Alyona Apina, məşhur "Ruki verx" və "Serebro" qrupu, Maksim Fadeyev, Klava Koka və başqaları var idi.
Könül
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ