Onlayn ictimai-siyasi qəzet
ABŞ Nümayəndələr Palatasının üzvləri İran nüvə silahı hazırlamağa cəhd edəcəyi təqdirdə ABŞ-ın B-2 Spirit strateji bombardmançı təyyarələrini və GBU-57 bunkerdələn bombalarını İsrailə verməyi təklif ediblər.
Musavat.com Fox News telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, konqresmenlər Coş Qotteymer (Nyu Cersidən demokrat) və Mayk Louler (Nyu-Yorkdan respublikaçı) ABŞ prezidenti Donald Trampa “İran nüvə silahı hazırlamağa cəhd edərsə, İsrailin bütün gözlənilməz hadisələrə hazır olmasını təmin etmək üçün tədbirlər görməyə” səlahiyyət verən qanun layihəsi təklif ediblər.
Kanalın qeyd etdiyinə görə, 2024-cü ilə qədər ABŞ-da 19 B-2 bombardmançı təyyarəsi olub və Vaşinqton bu təyyarələrdən heç birini müttəfiqlərinin heç birinə ötürməyib. Həmçinin qeyd edilir ki, İsrailin sərəncamında GBU-57 bombaları yoxdur.
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ