İnsanlara hürriyət, millətlərə istiqlal!

Rövşanə Ağasəfqızı da "Space Tv"-dən getdi  

Rövşanə Ağasəfqızı da "Space Tv" ilə yollarını ayırdı.

Musavat.com bildirir ki, bu barədə aparıcının özü sosial şəbəkədə məlumat yayıb. Aparıcı hansı səbəbdən ayrılmağını qeyd etməsə də, artıq bu gündən yeni iş təkliflərinə açıq olduğunu deyib:

"Bu gündən çox uzun illər çalışdığım "Space"TV ilə yollarım ayrıldı. Artıq söz yazmayacağam, nəsə söyləməyəcəyəm. Hamımıza uğurlar. İş təkliflərini bu gündən dəyərləndirmək olar".

Qeyd edək ki, aparıcı Fariz İlyasov da bu gün "Space Tv"-dən ayrıldığını açıqlayıb.

Xatırladaq ki, bir neçə ay ərzində bir çox tanınmış aparıcı "Space Tv"-ni tərk etdiyini açıqlayıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR