İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldu karyerasında 925-ci qolunu vurub

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Səudiyyə Ərəbistanı Pro Liqasının XXII turunda qələbə qazanıb.

"Report" xəbər verir ki, Ronaldunun (48) fərqləndiyi matçda komandası "Əl-Vəhda"nı 2:0 hesabı ilə məğlub edib.

Digər qolu Sadio Mane (90+8) rəqib qapısından keçirib.

40 yaşlı futbolçu bununla da karyerasında vurduğu qolların sayını 925-ə çatdırıb.

Qeyd edək ki, Pro Liqada "Əl-Nəsr" 47 xalla üçüncü sırada yer alıb. Turnir cədvəlinə 55 xalla "Əl-İttihat" komandası başçılıq edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR