İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldonun DÇ-2022-dəki favoritləri - Braziliya, Argentina...

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo DÇ-2022-nin favoritlərini açıqlayıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, o, Portuqaliyanı favoritlər sırasında görməyib: “Portuqaliyanın böyük potensialı var, amma biz Qana ilə oyun haqda düşünməliyik. Ən yaxşı komanda olsaq, finala kimi yüksələcəyik. Çempion komanda turnirin ən yaxşı komandası olacaq. Bizdə gənc və yaxşı oyunçular var.

Turnirin favoritləri? Braziliya, Argentina, Fransa, İspaniya, Almaniya ən çox şansı olan komandalardır. Onlar azarkeşləri də daxil olmaqla yaxşı görünürlər. Bununla belə, 2016-cı ildə Portuqaliya artıq göstərdi ki, biz təəccübləndirməyə və öz oyunumuzu tətbiq etməyə qadirik”.

Xatırladaq ki, Portuqaliya DÇ-2022-də Qana, Cənubi Koreya və Uruqvay milliləri ilə eyni qrupda mübarizə aparacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR