İnsanlara hürriyət, millətlərə istiqlal!

Papa Fransiskin səhhəti kritik vəziyyətdədir – Vatikan açıqlama verdi

Vatikan şənbə günü Papa Fransiskin “uzunmüddətli astmatik böhran” və aşağı trombosit səviyyəsi səbəbindən kritik vəziyyətdə olduğunu açıqlayıb.

Musavat.com həmin açıqlamaya əsaslanaraq bildirir ki, 88 yaşlı pontifikin huşu yerindədir və kresloda oturur, lakin ötən günə nisbətən daha çox ağrı hiss edir.

Bu açıqlama, cümə günü həkimlərin qarışıq mesajlar verməsindən bir gün sonra yayılıb. Tibbi heyət əvvəlcə “Papa yaxşıdır və işləyir” desə də, ikitərəfli pnevmoniyadan əziyyət çəkdiyini və vəziyyətinin ciddi olaraq qaldığını bildirmişdi.

Vatikanın yeni açıqlaması Fransiskin səhhəti ilə bağlı narahatlıqları daha da artırıb. Onun vəziyyətinin necə inkişaf edəcəyi isə hələlik qeyri-müəyyəndir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR