İnsanlara hürriyət, millətlərə istiqlal!

Ritter: “Bolqarıstan ABŞ-ın satellliti olmaqda davam edərsə...”

ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter bolqar jurnalist Martin Karbovski ilə söhbətində deyib ki, əgər Bolqarıstan ABŞ-ın satelliti olmağa davam edərsə və onun təsiri altında Rusiya ilə münaqişəyə başlamaq qərarına gəlsə, o zaman Ukraynanın aqibətini yaşamalı olacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiyayönümlü açıqlamaları ilə məşhur olan amerikalı zabiin sözlərinə görə, Bolqarıstan Rusiyaya bata bilməz.

“Rusiya ilə münaqişəyə girmək istədiyinizə əminsinizmi? Ukraynanın başına gələnləri görmədinizmi? Eyni aqibət Bolqarıstanı da gözləyəcək”, - Ritter qeyd edib.

O, qeyd edib ki, Rusiya ordusu dünyada ən döyüşkən ordudur. “Onlar çox yaxşı hazırlanıb, təchiz olunublar və ciddi döyüş sınaqlarından keçiblər. Rusiya hərbçiləri qələbənin dadını və necə qalib gələcəklərini bilirlər", - Ritter deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR